Bakının mərkəzində sürücünün qəzəblənmiş anası yol polisi əməkdaşlarına “hücum çəkib” [Video]
29 сентября 2011 - Bölmə: Xəbərlər
![Bakının mərkəzində sürücünün qəzəblənmiş anası yol polisi əməkdaşlarına “hücum çəkib” [Video] Bakının mərkəzində sürücünün qəzəblənmiş anası yol polisi əməkdaşlarına “hücum çəkib” [Video]](http://i010.radikal.ru/1109/6d/8ea3b4546369.jpg)
Bakının yol polisi qanun pozucusunun razılaşmaq və layiq olduğu cəzanı çəkmək əvəzinə özünün xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına hücum çəkməsi kimi unikal faktı qeydə alıb.
Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, yol polisi və “Xəzər” telekanalının əməkdaşlarının birgə tədbirləri nəticəsində Bakının mərkəzində qəzəblənmiş ananın oğlunun düzgün saxlanılmamış maşınını yol polisi əməkdaşlarından “alması” görüntülənən kadrlar çəkiblər.
“Hadisə “Sahil” metrosu yaxınlığında baş verib və vətəndaşların polis əməkdaşları ilə ünsiyyət qaydalarının kobud şəkildə pozulması deməkdir” – deyə, V.Əsədov bildirib.
Yol polisinin təqdim etdiyi videoçarxda görünür ki, polis əməkdaşları park etmənin qadağan olunduğu yerdə saxlanılmış maşını evakuator vasitəsilə cərimə meydançasına aparmaq istəyirlər. Bu məqamda qayda pozucusunun anası 410 nömrəli xidməti maşında olan yol polisi əməkdaşlarına qışqırıqla “hücum” çəkib və onları oğlunun avtomobilini yerində saxlamağa məcbur edib.
Qeyd edək ki, avtomobillərini “Dayanmaq qadağandır” işarəsi altında və digər qadağan olunmuş yerlərdə saxlayan sürücülər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1 maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilirlər.
Hörmətli Ziyarətçi sizin saytda hesabınız yoxdur! Saytda Qeydiyyatdan keçərək bütün imkanlardan tam şəkildə yararlanın.


