• İstifadəçi adı :
  • Şifrə:
WwW.CaSPiaN.wS » Maraqlı » Depressiyaya ən çox subaylar düşür

Depressiyaya ən çox subaylar düşür

21 февраля 2012 - Bölmə: Maraqlı
 (голосов: 0)
Depressiyaya ən çox subaylar düşür


"Ekspress" qəzeti yazır ki, depressiya hər bir insanın yaşaya biləcəyi ruh pozğunluğudur. Bu, özünü müxtəlif insanlarda müxtəlif əlamətlərlə büruzə verir. Belə ki, depressiya bəzi insanlarda özünü qəmginlik, ümidsizlik, bəzilərində həyata marağın sönməsi və yaşamaqdan zövq almamaqla, bəzilərində isə yuxusuzluq və iştahasızlıqla göstərir. Bəzən elə olur ki, depressiyaya düşən insan normadan artıq yeyir və bütün günü yatır.

Həkim-psixoterapevt Nihad Məmmədovun dediyinə görə, hər 10 kişidən və hər 5 qadından biri depressiya keçirir. Depressiya hər yaşda ola bilər. Belə ki, qadınlarda ən çox 35-45, kişilərdə isə 45-65 yaş arası depressiya müşahidə edilir. Depressiya evli insanlarda daha az müşahidə olunur. Depressiya riskini daşıyanlar isə boşanmış qadın və kişilərdir.

Ümumdünya Səhiyyə Təşkilatının statistik hesablamalarına görə, son 25 il ərzində depressiya halları 20 dəfə artıb. Depressiya halının ən çox gənclər arasında yayıldığını nəzərə alan ÜST dünyanın melanxoliya çağına girdiyini iddia edir.

N.Məmmədov deyir ki, depressiyaların ən dramatik nəticəsi intihardır. Yəni depressiya keçirən insanların 15 faizi həyatlarına intiharla son qoyur.

İnsanı depressiyaya salan bir çox səbəblər var: bir tanışın ölümü, ağır xəstəlik, ailədaxili problemlər, ayrılıq, işsizlik və s. Ancaq depressiya halının irsi keçməsi də mümkündür. Araşdırmalar nəticəsində məlum olub ki, depressiya keçirən insanların bir çox yaxınları da bu xəstəliyin daşıyıcısı olublar. Depressiyaya meylli insanlar cəmiyyət arasında asanlıqla seçilir. Bu insanlar kimsəni incitmir, hamını razı salmağa çalışırlar. Belə insanlar həddən artıq həssas, səliqəli və məsuliyyətli olurlar. Hər zaman mükəmməli axtaran bu insanlar çata bildikləri uğurları yetərsiz hesab edirlər. Hədsiz qürurlu olan bu insanlar əsəblərini bəlli etmir, sıxıntılarını içəridə saxlayırlar.

Həmsöhbətimin dediyinə görə, depressiya müxtəlif xəstəliklər üçün nəzərdə tutulmuş dərmanların istifadəsi zamanı da üzə çıxa bilir. "Qan təzyiqi üçün olan, vərəm xəstəliyinin müalicəsi zamanı istifadə edilən dərmanlar depressiya halının üzə çıxmasına səbəb ola bilər. Depressiyaya müxtəlif xəstəliklərə yoluxma da yol aça bilir. Xərçəng, şəkər, ürək-damar xəstəlikləri, anemiya və s. xəstəliklər zamanı insan depressiyaya düşə bilər" deyən N.Məmmədovun bildirdiyinə görə, depressiya özünü qadınlarda daha çox göstərir. Belə ki, onun sözlərinə görə, qadınlar öz hisslərini asanlıqla büruzə verir, yaşadıqları sıxıntıları dilə gətirib, kömək istəyə bilirlər. Kişilər isə, "kişilər ağlamaz" deyə öz ümidsizliklərini gizlətməyi bacarırlar.

Müsahibim hesab edir ki, depressiya dərmanla müalicə edilə bilən bir xəstəlikdir. "Bəzi ölkələrdə dərmanla müalicə xeyir vermədiyi zaman elektroşokdan istifadə edirlər".

Depressiyanın neqativ halı isə maniyadır. Maniyaya düşən insanın ruhunda çaxnaşma yaranır. "Bu elə bir haldır ki, insanı ağlasığmaz hərəkətlər etməyə yönləndirir. Məsələn, ağıllı, oturuşunu-duruşunu bilən biri kimi tanıdığınız orta yaşlı bir xanımın həddən artıq makiyaj edib, açıq-saçıq geyimlər geyinib ortalıqda gəzməsi, yersiz qəhqəhələr çəkməsi maniyanın sübutudur. Daxili duyğular insanı bu hərəkətləri etməyə məcbur edir. Düşünmədən pul xərcləmək, təhlükəli şəkildə avtomobil idarə etmək maniyanın yaratdığı hərəkətlərdir. Maniyaya düşən insan həddən artıq özünə inamlı olur. Bu inam onu real olmayan bir dünya düşünməsinə şərait yaradır".

Həkimin sözlərinə görə, son günlər havaların soyuq keçməsi bir çox insanların evdən kənara çıxmamasına səbəb olur ki, bu da öz növbəsində depressiya halının artmasına gətirib çıxara bilər. "Ümumiyyətlə, qapalı mühitə alışmayan insanlar üçün havaların soyuq keçməsi əlverişli deyil. Belə havalarda uzun müddət evdə olan depressiyaya meylli insanlar asanlıqla depressiyaya düşə bilər".
Hörmətli Ziyarətçi sizin saytda hesabınız yoxdur! Saytda Qeydiyyatdan keçərək bütün imkanlardan tam şəkildə yararlanın.

Müəllif: Adminka   |   Oxundu: 59   |  Şərhlər: 0
Информация
  • Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.




Təqvim

«    Май 2012    »
ПнВтСрЧтПтСбВс
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Reklam

Aktiv şərhçilər

Ellnur     Şərh sayı: 352
bb9800     Şərh sayı: 285
BARDA_QAQAS     Şərh sayı: 56
nurik111     Şərh sayı: 53
alican     Şərh sayı: 45
samir965     Şərh sayı: 37
milyarder     Şərh sayı: 35
Smertnic     Şərh sayı: 31
RUTULES     Şərh sayı: 29
muay     Şərh sayı: 27

İndi saytda olanlar

Hal-Hazırda Saytda: 36
İstifadəçilər: 10
Qonaqlar: 24
Axtarış Robotları: 2

İstifadəçilər:
bre35acvuj cavad_nsk
ckusernamev dwervewople
endeadiorot footerroi
mountingbannermn nanqimuta
napewrollence Prosto Ayka

Axtarış Robotları:
YandexGooglebot

Saytda Olmuş İstifadəçilər:
Broke Angel CoornUrbart
Elsad_066 esma
Fubemainnamem Hamiimmony
jahno975 keisc553
maczugaher Maradxmen
Maxpatric mehman340
optirldor RoactafeRah
romantik avara saleolitoss
Skigaskiviops Viktiszrya
yclotirxuej zedthetdetjh

Reklam

Sayğaclar

ILK-10

REKLAM

Sorğu

Parti-miz harda olsun?

Clubda
Uşaqlar evində
Qocalar evində
heç harda



Dünya üzrə ziyarətçilər

Aktiv istifadəçilər

AhmadAli    Xəbərlər: 751
RaMP    Xəbərlər: 382
Adminka    Xəbərlər: 309
ceyla    Xəbərlər: 200
Mike    Xəbərlər: 184
_CeDRiC_    Xəbərlər: 171
CaSpIaN    Xəbərlər: 163
Admin    Xəbərlər: 154
Delphi7    Xəbərlər: 146
GiZiR    Xəbərlər: 139